Siyasi sarsıntı: 7 partiya Abdullah Gülü Prezidentliyə namizəd göstərir!
Türkiyədə "Səadət", "Gelecek", "DEVA", "İyi Partiya" və "Yeniden Refah" da daxil olmaqla yeddi siyasi partiya millətçi-mühafizəkar ittifaq yaratmağa hazırlaşır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
İttifaqın əsas məqsədi mövcud müxalifətdən uzaqlaşan mərkəzçi seçiciləri hədəf almaqdır.
Bu çərçivədə, Abdullah Gülün adı potensial birgə prezident namizədi kimi gündəmə gəlir.
Partiyalar hələlik rəsmi qərarını açıqlamayıb, lakin mərkəzçi və mühafizəkar seçicilərin dəstəyi üçün koordinasiyalı addımların atılacağı gözlənilir.
20:40 12.02.2026
Oxunuş sayı: 678