Regionda nəqliyyat əlaqələri güclənir: Rusiya və Ermənistan danışıqlara başlayır
Rusiya və Ermənistan Azərbaycan və Türkiyə yolları ilə dəmir yolu əlaqəsini bərpa etməyi müzakirə edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya və Ermənistan Azərbaycan və Türkiyə yolları vasitəsilə birləşdirmək üçün iki dəmir yolu hissəsinin bərpası ilə bağlı danışıqlar aparacaqlar.
Məlumata görə, tərəflər layihənin texniki və maliyyə şərtlərini qiymətləndirəcəklər. Layihənin həyata keçirilməsi regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi və ticarət dövriyyəsinin artırılması baxımından əhəmiyyət kəsb edir.
19:16 12.02.2026
Oxunuş sayı: 660