Əsəd rejimi dövründə dağıdılmış Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin adını daşıyan məscid Türkiyənin dəstəyi ilə yenidən bərpa edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bərpa işləri başa çatdırılıb və məscid istifadəyə verilib.
Ömər ibn Əbdüləziz İslam tarixində ədalətli idarəçiliyi və yüksək əxlaqi keyfiyyətləri ilə tanınır. O, Əməvilər dövründə xüsusi nüfuza malik olub və bir çox mənbələrdə “ədalətli xəlifə” kimi qeyd olunur.
Məscidin bərpası tarixi-mədəni irsin qorunması və dini abidələrin yenidən canlandırılması baxımından mühüm addım kimi qiymətləndirilir.