Rusiyalı tanınmış iş adamı, milyarder Samvel Karapetyanın Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürəcəyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.7 iyun tarixində keçiriləcək parlament seçkiləri ölkənin gələcək idarəetmə kursunu müəyyən edəcək. Siyasi müşahidəçilərin fikrincə, Karapetyanın namizədliyi Ermənistanın daxili siyasətində ciddi dəyişikliklərə səbəb ola bilər.
Qeyd olunur ki, onun Rusiyadakı geniş biznes əlaqələri və maliyyə resursları seçki prosesinə və mümkün siyasi kursa təsir göstərə biləcək amillər kimi qiymətləndirilir. Seçkilərin nəticələri ölkənin həm daxili, həm də xarici siyasət istiqamətlərinə təsir edə bilər.