Yeni süni intellekt şirkəti yaradılıb
Amerikalı sahibkar İlon Mask süni intellekt şirkəti xAI-nin yenidən qurulduğunu elan edib.
Crossmedia.az bu barədə "Bloomberg"agentliyinə istinadən xəbər verir.
Qərar şirkətin bir neçə həmtəsisçisinin ayrılmasından sonra verilib.
Məlumata görə, xAI-də keçirilən iclas iki həmtəsisçi – Cimmi Ba və Toni Vunun şirkətdən ayrılmasından sonra baş tutub.
Onlar son iki ildə şirkəti tərk edən ilkin 12 üzvdən beşinci və altıncı həmtəsisçi olublar.
Bundan əvvəl Mask xAI-nin onun tərəfindən qurulan SpaceX korporasiyası tərəfindən satın alındığını açıqlamışdı.
Sahibkar, həmçinin bildirib ki, xAI bundan sonra dörd əsas istiqamət üzrə fəaliyyət göstərəcək. Bu istiqamətlərə Grok çatbotu, proqramlaşdırma layihələri, süni intellekt əsaslı video generatoru Grok Imagine və rəqəmsal agentlər tərəfindən idarə olunan süni intellekt proqram təminatı inkişaf şirkəti Macrohard daxildir.
Qeyd edək ki, xAI 2023-cü ilin noyabrında Grok adlı süni intellekt modelini təqdim edib. 2024-cü ilin mart ayında isə Grok-un açıq mənbəli versiyası istifadəyə verilib.
16:35 12.02.2026
Oxunuş sayı: 484