Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın ABŞ istehsalı olan kiçik modul reaktorları (SMR) ilə bağlı planlarına münasibət açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan öz tərəfdaşlarını seçmək hüququna malikdir. Bununla belə, onun sözlərinə görə, Amerikanın kiçik modul reaktorlarından istifadə qərarı müəyyən suallar doğurur.
Zaxarova qeyd edib ki, bu tip atom elektrik stansiyaları ABŞ-da hələ fəaliyyət göstərmir və “yalnız kağız üzərində mövcuddur”.
O əlavə edib ki, Rusiya hazırda kiçik miqyaslı atom elektrik stansiyalarını real olaraq istismar edən yeganə ölkədir və bu sahədə sübut edilmiş texnoloji həllər təklif edir.