Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiya layihəsi ilə bağlı referendumun keçiriləcəyi tarixi müəyyənləşdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Dövlət başçısının qərarına əsasən, ümumxalq səsverməsi 2026-cı il martın 15-də baş tutacaq.
Referendum çərçivəsində seçicilərə yalnız bir sual təqdim olunacaq. Səsverməyə çıxarılacaq sual belədir: “12 fevral 2026-cı il tarixdə kütləvi informasiya vasitələrində dərc olunmuş Qazaxıstan Respublikası Konstitusiyasının yeni layihəsini təsdiqləyirsinizmi?”
Yeni Konstitusiya layihəsinin mətni fevralın 12-də rəsmi şəkildə dərc olunacaq. Səsvermə zamanı vətəndaşlar layihəyə “hə” və ya “yox” cavabı verməklə mövqelərini bildirəcəklər.