Peyk rabitəsi kəsildi, orduda idarəetmə problemləri yarandı
Zaporojye vilayətində Rusiya qoşunlarının geri çəkilməyə başladığı bildirilir. Məlumata görə, bu proses Starlink peyk rabitəsinə çıxışın itirilməsindən sonra sürətlənib.
Crossmedia.az bu barədə “The Moscow Times” nəşrinə əsasən xəbər verir ki,peyk rabitəsinin kəsilməsi Rusiya ordusunda döyüş meydanında idarəetmə və koordinasiya ilə bağlı ciddi problemlər yaradıb. Mənbələr bildirir ki, rabitə imkanlarının zəifləməsi əməliyyatların effektivliyinə birbaşa təsir göstərib.
NATO nümayəndəsi isə qeyd edib ki, Rusiya tərəfinin təklif edə biləcəyi alternativ rabitə vasitələrinin eyni səviyyədə effektiv olması çətin görünür.
Məsələ ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.
12:58 12.02.2026
Oxunuş sayı: 476