ABŞ İrana əlavə hərbi qüvvələr göndərir
ABŞ İrana əlavə hərbi qüvvə və resursların göndərilməsinə qərar verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
Nazirin sözlərinə görə, Prezident Donald Tramp və müdafiə naziri Pit Heqset müvafiq qərarı artıq veriblər. Bessent qeyd edib ki, Ağ Ev Vaşinqtonun İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehranla daha sərfəli razılaşma əldə edə biləcəyini düşünür. Bununla belə, o vurğulayıb ki, son qərar İran hakimiyyətindən asılıdır.
ABŞ maliyyə naziri iddia edib ki, İran yalnız “maliyyə bazarları və ya hərbi sahədə sərt güc” dilini anlayır.
“The Wall Street Journal” yazır ki, ABŞ komandanlığı Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır. Qəzetin ABŞ-dən olan üç rəsmi mənbəyə istinadən yaydığı məlumata görə, Pentaqon İrana mümkün hücum ssenariləri fonunda ikinci aviadaşıyıcı zərbə qrupunu regiona göndərmək üçün hazırlıq görür.
Bildirilir ki, yenidən yerləşdirmə əmri yaxın saatlarda verilə bilər və təyyarədaşıyan gəmi iki həftə ərzində ABŞ-ın şərq sahillərindən yola düşə bilər.
Qeyd edək ki, İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli məqsədilə İran və ABŞ arasında danışıqların növbəti mərhələsi fevralın 6-da Omanın paytaxtında keçirilib.
07:58 12.02.2026
Oxunuş sayı: 412