Pekin–Tehran hərbi əməkdaşlığı?- Ballistik rakerləri izləyən radarlar gündəmdə
ABŞ kəşfiyyatının məlumatına görə, Çin İrana JY-26 “Skywatch-U” radar sistemlərinə giriş üçün icazə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The National Defence" nəşri məlumat yayıb.
Bildirilir ki, JY-26 radarı ballistik raketlərin və “stealth” (radara az görünən) təyyarələrin izlənməsi üçün nəzərdə tutulub.
Sistem həmçinin kosmosdan gələn hədəfləri aşkar etmək imkanına malikdir.
Məlumata əsasən, radar UHF/VHF diapazonlarında fəaliyyət göstərir və hipersonik, eləcə də yüksək hündürlükdə uçan hədəflərə qarşı effektiv hesab olunur.
Bu tip sistemlər erkən xəbərdarlıq və hava hücumundan müdafiə şəbəkəsinin əsas elementlərindən biri sayılır.
19:16 11.02.2026
Oxunuş sayı: 1294