Pezeşkian Azərbaycana minnətdarlığını bildirib
İran prezidenti Məsud Pezeşkian Azərbaycana və Türkiyəyə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, o , bununla bağlı xalq qarşısında çıxışı zamanı danışıb.
Pezeşkian bildirib ki, İranın xarici siyasətində əsas prioritet qonşu ölkələrlə səmimi və qardaşlıq münasibətlərinin qurulmasıdır. Onun sözlərinə görə, bu yanaşma birbaşa ölkənin ali rəhbərinin göstərişidir.
“Bu ölkələr müsəlman, dost və qardaş dövlətlərdir. Biz onlarla əlaqələrimizi möhkəmləndirməliyik. Düşmənlər bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə qonşularımız bir-birinin ardınca zəng edərək narahatlıqlarını və dəstəklərini bildirirdilər”, – deyə prezident vurğulayıb.
Pezeşkian Azərbaycan və onun Prezidentinə, habelə, türkiyəli həmkarına və xarici işlər nazirinə xüsusi təşəkkür edib. O, əlavə olaraq Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin də İranla bağlı narahatlıq göstərdiyini qeyd edib.
19:10 11.02.2026
Oxunuş sayı: 1154