İranda partlayış olub: Zirehli texnika məhv edilib
Sistan və Bəluçistan əyalətində hərbi karvanda partlayış baş verib.
Hadisə İranşəhr şəhərinin Mahmudabad bölgəsində qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Halvəş” Teleqram kanalı məlumat yayıb.
Partlayış nəticəsində ən azı iki ədəd zirehli hərbi texnika məhv edilib və karvanın hərəkəti dayandırılıb.
Bildirilib ki, partlayışın səsi şəhərin müxtəlif hissələrində eşidilib. Bundan dərhal sonra əraziyə çoxlu sayda hərbi və təhlükəsizlik qüvvələri cəlb olunub, ətrafda nəzarət gücləndirilib.
Qeyd olunub ki, sözügedən əyalətdə yeni yaradılan “Mücahidlər Cəbhəsi” adlı silahlı qruplaşma insidentlə bağlı məsuliyyəti öz üzərinə götürüb.
18:48 11.02.2026
Oxunuş sayı: 734