Zelenski hakimiyyətdən gedir: Yeni prezident keçmiş sağ əli ola hilər
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin ildönümündə- 24 fevralda referendum və seçki planı elan edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
İddia olunur ki, Zelenskinin həm prezident seçkilərini, həm də sülh planı ilə bağlı referendumu 24 fevralda açıq şəkildə elan etməsi gözlənilir. Hesabatda seçki məntəqələrinin mayın 15-də açılması planlaşdırıldığı iddia edilir. Vaşinqtonun Kiyevə sülh danışıqlarını sürətləndirmək üçün təzyiq göstərdiyi bildirilir.
Bu yaxınlarda Zelenski "ABŞ-nin müharibəni iyun ayına qədər bitirmək istədiyini" bildirib. İddialara görə, Ağ Ev 15 maya qədər seçkilər keçirilməsə, təhlükəsizlik zəmanətlərini geri götürməklə hədələyir. Britaniya mətbuatında yer alan xəbərlərə görə, seçkilər təyin olunarsa, Zelenskinin ən güclü rəqibi keçmiş Baş Qərargah rəisi və hazırda Böyük Britaniyada səfir vəzifəsini icra edən Valeri Zalujnı ola bilər.
17:09 11.02.2026
Oxunuş sayı: 597