Ukraynada prezident seçkiləri mayda keçiriləcək?
“Financial Times” qəzeti Ukraynada seçkilərin və referendumun 24 fevralda elan ediləcəyi ilə bağlı yazı dərc edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu xəbəri şərh edən Prezident Aparatındakı mənbə Ukrinform-a bildirib ki, Ukrayna prezident seçkilərinin keçirilməsinə qarşı deyil, lakin təhlükəsizlik təmin edilməlidir.
"Əgər ruslar hər gün insanları öldürürlərsə, yaxın həftələrdə seçkiləri necə elan edə və ya ciddi şəkildə nəzərdən keçirlə bilər? Heç kim seçkilərə qarşı deyil, amma təhlükəsizlik olmalıdır", - deyə Prezident Aparatındakı mənbə bildirib.
Mənbə xatırladıb ki, dünən gecə də Xarkov vilayətində Rusiya tərəfinin açdığı atəş nəticəsində üç azyaşlı uşaq və onların 34 yaşlı atası həlak olub.
Qeyd edək ki, “Financial Times” qəzetinin məlumatına görə, Ukrayna və ABŞ rəsmiləri həm seçkilərin, həm də referendumun may ayında keçirilməsi ehtimalını müzakirə ediblər. Qeyd olunur ki, bu fonda Kiyev Rusiya ilə perspektivli sülh müqaviləsi üzrə referendumla paralel olaraq prezident seçkiləri üçün planlaşdırmaya başlayıb.
Nəşr qeyd edir ki, Ukrayna prezidenti müvafiq qərarı Rusiyanın tammiqyaslı işğalının dördüncü ildönümündə, yəni 24 fevralda elan edə bilər.
16:28 11.02.2026
Oxunuş sayı: 900