Vensin səfərinə Kreml də münasibət bildirdi
“Azərbaycan və Ermənistan suveren dövlətlərdir və buna görə də onların ABŞ da daxil olmaqla istənilən ölkə ilə münasibətlər qurmaq hüququ var”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə ABŞ-ın vitse-prezidenti J.D.Vensin Cənubi Qafqaza səfərini şərh edərkən bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Üç ölkənin genişmiqyaslı birgə layihələr planlarına münasibət bildirən Kremlin sözçüsü, vurğulayıb ki, bunlar suveren dövlətlərdir və digər ölkələrlə münasibətlərini qurmaq üçün suveren hüquqları var.
16:07 11.02.2026
Oxunuş sayı: 560