Putinin nümayəndəsi Aİ rəsmisinə cavab verib
Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropa İttifaqının yüksək vəzifəli rəsmisi Kaya Kallasın açıqlamasına istehzalı münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dmitriyev Kallasın Olimpiya Oyunlarının açılış mərasimində ABŞ-nin prezidenti Donald Trampa və onun komandasına qarşı səsləndirilən narazı ifadələri “Avropa ləyaqətinin” təzahürü kimi qiymətləndirməsinə reaksiya verib. O, sosial şəbəkə hesabında “Kaya Kallas Ata Trampı və onun komandasını təhrik edir” sözlərini yazıb.
Qeyd edək ki, məsələ ilə bağlı tərəflər arasında söz mübadiləsi beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
15:33 11.02.2026
Oxunuş sayı: 779