Ukrayna danışıqları sürətləndirmək üçün bu addımı atmağa hazırlaşır
Ukrayna danışıqlar prosesini sürətləndirmək məqsədilə Rusiyaya nümayəndə heyəti göndərməyi nəzərdən keçirir.
Bu barədə Crossmedia.az Ukrayna mediasına istinadən xəbər verir.
Məlumata görə, təşəbbüs mümkün təmasların intensivləşdirilməsi və müzakirələrin operativ şəkildə davam etdirilməsi məqsədi daşıyır.
Bildirilir ki, ABŞ-nin Prezidenti Donald Trampın ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner təhlükəsizlik qarantı kimi çıxış etməyi təklif ediblər.
İddialara əsasən, onlar Ukrayna nümayəndə heyətinin Kiyevdən Polşaya, oradan isə Moskvanın Vnukovo hava limanına çatdırılmasında vasitəçi rolunu oynamağa hazır olduqlarını bildiriblər.
Rəsmi Kiyev və Moskva tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.
15:33 11.02.2026
Oxunuş sayı: 592