İran prezidenti xalqdan üzr istədi, dünyaya çağırış etdi
İran prezidenti Məsud Pezeşkian İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən rəsmi mərasimdə çıxışı zamanı ölkənin xarici siyasət prioritetləri və beynəlxalq münasibətlərə yanaşması barədə açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dövlət başçısı bildirib ki, milli istehsalın inkişafı regional və beynəlxalq bazarlara çıxışdan birbaşa asılıdır. Onun sözlərinə görə, hökumətin əsas məqsədi İslam ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, eləcə də Avrasiya İqtisadi İttifaqı, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində strateji tərəfdaşlıqların gücləndirilməsidir.
Pezeşkian vurğulayıb ki, Tehran beynəlxalq hüquq normalarına və ölkənin ali rəhbəri tərəfindən müəyyən edilən “qırmızı xətlərə” əməl etməklə dünya ilə dialoqa hazırdır.
Prezident çıxışı zamanı ölkədə mövcud iqtisadi və sosial problemlərə toxunaraq, yaranmış çətinliklərə görə vətəndaşlardan üzr istəyib. O qeyd edib ki, hökumət mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində səylərini davam etdirir.
13:20 11.02.2026
Oxunuş sayı: 532