Ər-Riyadda sürpriz imza: GÖKBEY artıq burada istehsal olunacaq
Ər-Riyadda keçirilən Dünya Müdafiə Sərgisi 2026 çərçivəsində Türkiyə və Səudiyyə Ərəbistanı arasında GÖKBEY çoxməqsədli helikopterinin birgə istehsalına dair anlaşma memorandumu imzalanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Razılaşma yüksək texnologiyalı məhsulların uzunmüddətli istehsalını, həm hərbi, həm də mülki təyinatlı helikopterlərin tədarükünü nəzərdə tutur. Layihə çərçivəsində istehsal prosesi tələbdən asılı olaraq "Türk Havacılık ve Uzay Sanayii" (TUSAŞ) və Səudiyyə Ərəbistanının yerli şirkətləri tərəfindən birgə həyata keçiriləcək.
Bildirilib ki, GÖKBEY helikopterlərinin Səudiyyə Ərəbistanında istehsalı Ər-Riyadın 2030-cu ilədək müdafiə sənayesini lokallaşdırmaq strategiyasının bir hissəsini təşkil edir. Layihə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib.
12:43 11.02.2026
Oxunuş sayı: 615