Prezident təhlükəsizlik xidmətində fövqəladə dəyişiklik etdi
Qırğızıstanın Baş nazir müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DNTK) rəhbəri Kamçıbek Taşiyev,səhhətinin pisləşməsi səbəbindən əvvəlki əməliyyat olunduğu klinikada müayinə üçün Almaniyaya gedərkən vəzifəsindən azad edildiyini öyrəndiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,Taşiyev qərarın gözlənilməz olduğunu, lakin onu yerinə yetirməyə məcbur olduğunu söyləyib.O, dövlətə və prezidentə şərəflə xidmət etdiyini, təhlükəsizlik xidmətinə təşəkkür etdiyini qeyd edib və vətəndaşları qanunsuz hərəkətlərdən çəkinməyə çağıraraq, bütün hərəkətlərin qanun çərçivəsində qalmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, 10 fevralda Prezident Sadır Japarov Taşiyevi Baş nazirin müavini və DNTK rəhbəri vəzifələrindən azad edib. Bundan sonra onun müavinləri də vəzifələrindən azad olunub, yüksək vəzifəli şəxslərin təhlükəsizliyi birbaşa prezidentə hesabat verən Dövlət Təhlükəsizlik Xidmətinə verilib, Sərhəd Xidməti isə müstəqil bir quruma çevrilib.
12:18 11.02.2026
Oxunuş sayı: 549