Şərab ixracı son 20 ilin minimumuna enib
Fransız şərabı və spirtli içkilərin ixracı son 20 ilin ən aşağı səviyyəsinə enib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, xüsusilə Çin və ABŞ bazarlarına tədarüklər təxminən 20 faiz azalıb.
Azalmanın əsas səbəbləri kimi Çinin Avropa konyaklarına qarşı tətbiq etdiyi antidempinq tədbirləri və ABŞ-də Prezident Donald Tramp administrasiyası tərəfindən tətbiq olunan idxal rüsumları göstərilir.
Qeyd olunur ki, ixracın pul ifadəsində azalması prosesi 2022-ci ildən etibarən davam edir. Ekspertlər hesab edirlər ki, qlobal ticarət gərginliyi və əsas bazarlarda istehlakın zəifləməsi Fransa şərab sektoruna ciddi təsir göstərib.
Sahə nümayəndələri vəziyyətin yaxın dövrdə sabitləşməsi üçün yeni bazarların axtarışının və alternativ ixrac strategiyalarının vacibliyini vurğulayırlar.
11:53 11.02.2026
Oxunuş sayı: 474