Rusiya təşvişdə: Ukrayna dronlara qarşı lazer yaratdı
Ukrayna Rusiya pilotsuz uçuş aparatlarının kütləvi hücumlarından qorunmaq üçün öz “antidron qübbəsi”ni hazırlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşri məlumat yayıb.
Mühəndislər dronları lazer şüası ilə məhv edə bilən Sunray adlı lazer sistemini təqdim ediblər. Layihə iki il ərzində hazırlanıb və xarici analoqlarla müqayisədə xeyli ucuz başa gəlib.
Bununla paralel olaraq, 3D çap texnologiyası ilə istehsal olunan P1-Sun adlı dron-tutucu seriyalı istehsala buraxılıb. Ukrayna tərəfinin məlumatına görə, bu aparat artıq 1000-dən çox hədəfi, o cümlədən 700-dən artıq “Şahed”i məhv edib.
2026-cı ilin sonunadək bu sistemlərin ölkə üzrə yerləşdirilməsi planlaşdırılır. “Qübbə”yə həmçinin pulemyotlarla təchiz olunmuş robot platformalar və digər ələkeçirmə vasitələri də daxil edilə bilər. Əsas məqsəd infrastrukturun, qoşunların və mülki əhalinin qorunmasıdır.
Turqut Ansari
11:40 11.02.2026
Oxunuş sayı: 426