Afrikada müharibə siqnalı? Efiopiya və Eritreya bir-birini açıq təcavüzdə günahlandırdı
Efiopiya ilə Eritreya arasında münasibətlərdə gərginlik yenidən yüksələn xətt üzrə davam edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi Əddis-Əbeba Eritreyanı sərhədi pozmaqda və hərbi eskalasiyanı dərinləşdirməkdə ittiham edib.
Efiopiya tərəfi bildirib ki, Eritreya qoşunlarının son hərəkətləri “sadəcə təxribat deyil, açıq-aşkar təcavüz aktlarıdır”. Rəsmi açıqlamada həmçinin qeyd olunub ki, Eritreya qüvvələri Efiopiya ərazisinə doğru irəliləyir və bəzi üsyançı qruplarla birgə hərbi manevrlər keçirir.
Eritreya isə bu ittihamları qəti şəkildə rədd edib. Asmara Efiopiyanı “müharibəni əsaslandırmaq üçün saxta bəhanələr uydurmaqda” günahlandırıb və sərhəddəki vəziyyətlə bağlı məsuliyyətin qarşı tərəfin üzərində olduğunu bəyan edib.
Hazırda bölgədə vəziyyətin necə inkişaf edəcəyi diqqətlə izlənilir. Ekspertlər iki ölkə arasında əvvəllər yaşanmış silahlı qarşıdurmalar fonunda yeni eskalasiya riskinin ciddi olduğunu bildirirlər.
10:40 11.02.2026
Oxunuş sayı: 379