Ermənistanda kilsə–hakimiyyət qarşıdurması dərinləşir
Ermənistanın baş naziri Nikol Paşinyanın kilsə əleyhinə siyasəti Müqəddəs Erməni Apostol Kilsəsinin missiyasına mane olur və xalqın mənəvi, eləcə də kilsə həyatına ciddi ziyan vurur.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Bütün Ermənilərin Katolikosu II Qaregin keşişlərin iclası zamanı səsləndirib.
II Qaregin bildirib ki, Ermənistan Konstitusiyası və qanunları pozularaq hökumət dövlət hakimiyyətindən sui-istifadə edir və Kilsənin daxili həyatına müdaxilə edir.
Onun sözlərinə görə, dyakonlardan tutmuş yepiskoplara qədər ruhanilər təqib və təzyiqlərə məruz qalırlar.
Katolikos qeyd edib ki, mövcud vəziyyət kilsə icmalarının həyatında mənfi nəticələrə və ciddi gərginliyə səbəb olub.
Bu gərginliyin, təəssüf ki, bəzi ruhanilərin qəbuledilməz davranışları fonunda daha da dərinləşdiyi vurğulayıb.
II Qaregin yeni parçalanmaların qarşısını almaq üçün keşişləri Müqəddəs Erməni Apostol Kilsəsinin birliyini qorumağa, onun kanonlarına ciddi şəkildə riayət etməyə çağırıb.
O, kilsə birliyinin bərpasının mövcud böhrandan çıxış yolu olduğunu bildirib.
19:01 10.02.2026
Oxunuş sayı: 592