Netanyahu Trampı razı salmağa gedir?
İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək. Səfərin əsas məqsədi İranla aparılan nüvə danışıqlarının formatının genişləndirilməsi ilə bağlı Trampı razı salmaqdır.
Crossmedia.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Məlumata görə, İranla bağlı danışıqlar ötən həftə ABŞ ordusunun hərbi potensialının gücləndirilməsi fonunda davam etdirilib.
Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verən Netanyahu bildirib ki, prezident Trampa “danışıqların aparılması ilə bağlı İsrailin prinsipial yanaşmasını” təqdim edəcək.
Onun sözlərinə görə, görüş zamanı liderlər yalnız İran məsələsini deyil, eyni zamanda Qəzza zolağında mövcud vəziyyəti də daxil olmaqla bir sıra regional və təhlükəsizlik mövzularını müzakirə edəcəklər.
16:49 10.02.2026
Oxunuş sayı: 503