Rusiyalı mütəxəssislər İranın yeganə nüvə stansiyasına enib
Bu gün Rusiyadan İranın Buşehr liman şəhərinə xüsusi reyslə rusiyalı nüvə enerjisi mütəxəssisləri gəlib.
Crossmedia.az bu barədə "FlightRadar24" ə istinadən xəbər verir.Hazırda mütəxəssislərin Buşehr Atom Elektrik Stansiyasında (AES) işləri davam etdirmək üçün gəldiyi, yoxsa uçuşun personalın təxliyəsi məqsədi ilə təşkil olunduğu bəlli deyil. Rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, stansiya İranın yeganə nüvə elektrik enerjisi mənbələrindən biridir və bölgədəki son geosiyasi vəziyyət fonunda bu uçuş diqqət çəkir.
16:12 10.02.2026
Oxunuş sayı: 480