İrəvan Vensin açıqlamalarını təhrif edib – RƏSMİ AÇIQLAMA
Ermənistan hökuməti ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 9 fevralda Baş nazir Nikol Paşinyanla birgə bəyanatlar zamanı səsləndirdiyi fikirlərlə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazirin ofisinin məlumatına görə, görüş zamanı səsləndirilən fikirlərin tərcüməsi amerikalı tərcüməçi tərəfindən təmin olunub. Hökumət həmçinin bəyanatların rəsmi tərcümələrini, transkriptlərini və sual-cavab sessiyasını dərc etdiyini bildirib.
Açıqlama Vensin modul reaktorlarla bağlı çıxışında yol verilmiş tərcümə xətası fonunda verilib. Belə ki, vitse-prezident 9 milyard dollarlıq investisiyadan deyil, satışdan danışıb: avadanlıq üçün 5 milyard dollar, yanacaq və uzunmüddətli texniki xidmət üçün isə əlavə 4 milyard dollar nəzərdə tutulur. Bu xərclərin hamısının Ermənistan tərəfindən ödəniləcəyi vurğulanıb.
Məsələ Ermənistan mediasında və ictimai müzakirələrdə geniş rezonans doğurub.
16:08 10.02.2026
Oxunuş sayı: 528