Makron Rusiyayla dialoqun bərpasını təklif edib
Fransa Prezidenti Emmanuel Makron bir neçə avropalı həmkarına Rusiya ilə dialoqun yenidən bərpa olunmasını təklif etdiyini açıqlayıb.
Crossmedia.az bu barədə Fransa KİV-nə istinadən məlumat verir.
“Bizim coğrafi mövqeyimiz dəyişməyəcək — ruslar xoşumuza gəlsə də, gəlməsə də, Rusiya sabah da mövcud olacaq. O, bizim sərhədlərimizin yaxınlığındadır”, — deyə Makron bildirib.
Turqut Ansari
13:30 10.02.2026
Oxunuş sayı: 392