İranın taleyi neftə qurban getdi
Almaniyanın keçmiş kansleri Olaf Şolts İranın mövcud siyasi vəziyyəti ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şolts bildirib ki, ABŞ və Böyük Britaniya tərəfindən İranın demokratik hökumətinin devrilməsi ölkədə indiki rejimin formalaşmasına yol açıb. Onun sözlərinə görə, bu prosesdə əsas rolu neft maraqları oynayıb.
Keçmiş kansler vurğulayıb ki, xarici müdaxilələr İranın Qərblə inteqrasiya olunmuş, demokratik və uğurlu dövlətə çevrilməsinə mane olub. Şoltsun fikrincə, həmin dövrdə atılan addımlar regionun gələcək siyasi taleyinə uzunmüddətli və mənfi təsir göstərib.
13:08 10.02.2026
Oxunuş sayı: 380