İlon Mask Epşteyn işi üzrə danışanların vəkil xərclərini ödəyəcəyini açıqladı
ABŞ-li sahibkar və milyarder İlon Mask maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı ifadə verəcək və günahkarların adlarını açıqlayacaq şəxslərin vəkil xərclərini ödəməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Mask bu barədə sosial şəbəkədə yazıb:“Bu məsələdə həqiqəti deyən və buna görə məsuliyyətə cəlb olunan hər kəsin hüquqi müdafiəsini mən ödəyəcəyəm”.Qeyd edək ki, İlon Maskın adı da Epşteyn işi üzrə materiallarda çəkilir. Belə ki, maliyyəçiyə göndərilmiş məktublardan birində onun adı yer alıb. 31 yanvar 2013-cü il tarixli məktubda “Xatırladıram ki, İlon Mask yanvarın 2-də sizin adaya gəlmək məsələsi ilə maraqlanmışdı” ifadəsi yer alır.İlon Mask isə Epşteynlə hər hansı əlaqəsinin olduğunu qəti şəkildə təkzib edib və adaya dəvətləri qəbul etmədiyini bildirib. Sözügedən məktubda adının çəkilməsinə münasibət bildirən milyarder bunu qısa şəkildə “Bu doğru deyil” sözləri ilə şərh edib.
Fatimə Məmmədova
13:48 09.02.2026
Oxunuş sayı: 477