Zelenski: Çay içməyə vaxtım yoxdur
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə elektrik təchizatının onun şəxsi iştirakı və tam səyləri sayəsində qorunduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.Prezidentin sözlərinə görə, əks halda “necə olsa işıqlar yanmazdı”, və buna görə də onun “qəhvə, çay içməyə və yüzlərlə bloqa baxmağa vaxtı yoxdur”.Zelenski həmçinin vurğulayıb ki, böhran şəraitində ictimaiyyətin etimadı sosial şəbəkələrdə aktivliklə ölçülmür və kritik infrastruktur çökmək təhlükəsi altında olduqda bütün sorğulara fiziki olaraq cavab vermək mümkün deyil.
Fatimə Məmmədova
13:24 09.02.2026
Oxunuş sayı: 641