Tarixi addım: Türkiyə–Ermənistan sərhədində Əlican keçidi açılır
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində əhəmiyyətli körpülərdən biri olacaq Əlican sərhəd keçid məntəqəsinin açılışına hazırlıqlar sürətlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.Belə ki, İğdırın qubernatoru M. Fırat Taşolar sərhəd keçid məntəqəsində aparılan rekonstruksiya və modernləşdirmə işlərini yoxlayıb və hazırkı vəziyyət barədə məlumat alıb. Bu addım, iki ölkə arasındakı ticarət və sərnişin axınını asanlaşdırmaqla yanaşı, regionda əlaqələrin gücləndirilməsinə də töhfə verəcək.
13:05 09.02.2026
Oxunuş sayı: 544