Ukrayna razılaşması kağız üzərində qaldı?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Ukrayna məsələsi üzrə Ankoricdə irəli sürdüyü təşəbbüsləri praktikada reallaşdırmaq niyyətində olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrovun sözlərinə görə, Rusiya ABŞ tərəfinin təkliflərini qəbul etməklə Ukrayna probleminin həlli və daha geniş, qarşılıqlı faydalı əməkdaşlığa doğru irəliləmək istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirib. Lakin mövcud vəziyyətin fərqli mənzərə yaratdığını vurğulayıb.
Nazir qeyd edib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları davam etdirir və faktiki olaraq iqtisadi müharibə aparır. Onun sözlərinə görə, Vaşinqton Rusiya enerji resurslarını qlobal bazarlardan sıxışdırmağa, tərəfdaş ölkələri isə Amerika mayeləşdirilmiş təbii qazını almağa məcbur etməyə çalışır.
Lavrov əlavə edib ki, Rusiya ABŞ ilə əməkdaşlığa açıq qalır, lakin Amerika tərəfi özü süni maneələr yaradır və Bayden administrasiyası dövründə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasında ləng davranır.
13:02 09.02.2026
Oxunuş sayı: 474