Tesladan elektrik yük daşımaları üçün YENİLİK
Milyarder sahibkar Elon Mask Tesla şirkətinin Semi elektrik yük maşınlarının genişmiqyaslı istehsalına 2026-cı ildə başlanacağını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, şirkət rəhbərinin sözlərinə görə, yeni nəsil elektrik yük maşınları bir dəfə enerji doldurmaqla 500 milə (təxminən 805 kilometr) qədər məsafə qət etmək imkanına malikdir. Bu göstərici logistika və yükdaşımalar sahəsində elektrik nəqliyyat vasitələrinin tətbiqinin genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Tesla Semi layihəsi uzun müddətdir diqqət mərkəzindədir və onun kütləvi istehsala buraxılması ekoloji təmiz nəqliyyat texnologiyalarının inkişafına əlavə töhfə verəcəyi gözlənilir.
Nigar Yahyazadə
10:55 09.02.2026
Oxunuş sayı: 524