İranda insan haqları fəalı və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi barəsində daha yeddi il həbs hökmü çıxarılıb.
Crossmedia.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə onun vəkili Mustafa Nili məlumat verib.
Məlumata görə, qərar Məşhəd məhkəməsində qəbul olunub. Nərgiz Məhəmmədi etiraz aksiyalarında iştirakına görə altı il, təbliğat fəaliyyəti ilə bağlı isə əlavə bir il yarım azadlıqdan məhrum edilib. Bundan başqa, ona iki il müddətinə ölkədən çıxış qadağası da tətbiq olunub.
Qeyd edək ki, Nərgiz Məhəmmədi İranda insan haqları və qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti ilə beynəlxalq səviyyədə tanınır. Onun barəsində çıxarılan yeni hökm beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.