Məşhur alpinist faciəvi şəkildə HƏLAK OLDU
Pakistanın Gilgit-Baltistan bölgəsində baş verən hadisə nəticəsində 31 yaşlı alpinist Daulat Şah buz divarına dırmaşarkən yıxılaraq həlak olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, alpinist dırmanışa xarici turistlə birlikdə başlayıb. Dırmanma zamanı tarazlığını itirən Şah yüksəkdən yıxılıb və hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Daulat Şah daha əvvəl dünyanın ikinci ən yüksək zirvəsi olan K2 də daxil olmaqla 8000 metr hündürlüyü aşan zirvələrə qalxmağı bacarıb. O, 2025-ci ildə isə kifayət qədər oksigen olmadan Qaşerbrum I zirvəsini fəth etmişdi.
Hadisə bölgədə alpinistlər üçün təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
09:24 09.02.2026
Oxunuş sayı: 521