Gözlənilməz hadisə: Rusiyanın işi çətinləşir
Rusiyanın Ukraynadakı Starlink peyk rabitəsindən istifadəsi tam dayandırılıb. Əvvəlcə xidmətin sürəti ciddi şəkildə azaldılmış, nəticədə rabitə imkanları məhdudlaşmışdı. İndi isə sistemə çıxış tamamilə ləğv edilib.
Crossmedia.az xəbər verir ki, bu addım, xüsusilə pilotsuz uçuş aparatlarının idarəsi və hərbi bölmələr arasında əlaqəni çətinləşdirir. Ekspertlər bildirirlər ki, Rusiya alternativ rabitə kanallarına yönələcək, lakin onların sürəti və etibarlılığı Starlink ilə müqayisədə zəifdir. Bu qərar Ukraynanın informasiya üstünlüyünü gücləndirir.
Turqut Ansari
23:24 08.02.2026
Oxunuş sayı: 577