Tərkibində qızıl var imiş - Azərbaycanda hamıda var
Çinlilər qızıl əldə etmək məqsədilə köhnə SIM-kartları kütləvi şəkildə satın alırlar.
Crossmedia.az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, yerli emalçılardan biri sosial şəbəkədə bununla bağlı görüntülər paylaşıb.
Belə ki, o, 2 ton SIM-kart aldığını və onlardan 191 qram qızıl əldə etdiyini nümayiş etdirib.
Video sürətlə yayılıb və hazırda bir çox insan bu zənginləşmə üsulunu təkrarlamağa çalışır.
23:14 08.02.2026
Oxunuş sayı: 545