40 günlük matəm bitir, küçələr qaynayır: İranda ümumxalq etiraz anonsu
İranda yaxın günlərdə yeni sosial iğtişaş dalğasının başlaya biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşrinin məlumat yayıb.
Tehranın Böyük Bazarında fəaliyyət göstərən tacirlər 17–18 fevral tarixlərində ümumxalq etirazlarına çağırış edirlər.
Qeyd olunur ki, bu tarixlər yanvarın 8–9-da İslam İnqilabı Keşikçiləri Korpusunun etirazları sərt şəkildə yatırması zamanı həlak olanlar üçün keçirilən ənənəvi 40 günlük matəm dövrünün başa çatmasına təsadüf edir.
İranda bu mərhələ adətən yeni etirazların başlaması üçün simvolik və psixoloji dönüş nöqtəsi hesab olunur.
14:45 08.02.2026
Oxunuş sayı: 341