Gizli bombardmançılara son? Çin radarı İranın arsenalına daxil olur
Çin İrana ilk strateji gizlilik əleyhinə radar sistemi olan YLC-8B-ni təchiz etdiyini iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu radar ABŞ-nin B-2 “Spirit” strateji bombardmançılarını, eləcə də F-35 və digər beşinci nəsil gizli qırıcıları aşkarlamaq üçün xüsusi olaraq hazırlanıb.
Texniki xüsusiyyətlərə əsasən, YLC-8B sistemi gizli döyüş təyyarələrini 350 kilometr məsafədə, ballistik raketləri isə 700 kilometrə qədər uzaqlıqdan müəyyən edə bilir.
Radarın əsas üstünlüyü aşağı görünürlüklü (stealth) hədəfləri erkən mərhələdə aşkar etməsidir.
14:35 08.02.2026
Oxunuş sayı: 421