Sivasda güclü qar yağışı fəsadlar törədib
Son günlərdə Sivasda şiddətlənən güclü qar yağışı bir çox ərazidə həyata mənfi təsir göstərib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qarın qalınlığı 2 metrə çatıb.
Divriği rayonunda, Sivas-Malatya əyalət sərhədində yerləşən Divriği-Arapgil yolu güclü qar yağışı və çovğun səbəbindən nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb.
Yolda qalmış bir nəqliyyat vasitəsi tamamilə qar altında qalıb.
Rayon xüsusi idarə qrupları tez bir zamanda hadisə yerinə gəlib və qalmışlar üçün xilasetmə işlərinə başlayıb.
14:28 08.02.2026
Oxunuş sayı: 416