Avropa Parlamentinin üzvü: Dialoq Avropada təhlükəsizlik üçün vacibdir
Lüksemburqdan olan Avropa Parlamentinin üzvü Fernand Kartheiser Avropanın Rusiya və Belarusla yaxşı münasibətləri bərpa etməsinin zəruri olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu addım yalnız diplomatik əlaqələrin güclənməsinə deyil, həm də Avropada təhlükəsizlik və sabitliyin təmin olunmasına xidmət edəcək.
Kartheiser əlavə edib ki, Avropa İttifaqı uzunmüddətli perspektivdə sülh və iqtisadi əməkdaşlıq üçün Rusiya və Belarusla dialoqu davam etdirməli, qarşılıqlı etimadı bərpa etməlidir.
Nigar Yahyazadə
13:50 08.02.2026
Oxunuş sayı: 384