İran XİN: Raketlər yalnız müdafiə məqsədlidir
İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın raket proqramı ilə bağlı mövqeyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, o bunu “Əl-Cəzirə” telekanalına açıqlamasında deyib.
O bildirib ki, İranın raket proqramı yalnız müdafiə xarakteri daşıyır və bu məsələ nə indiki, nə də gələcək danışıqlarda müzakirə mövzusu ola bilər. Əraqçı həmçinin regional məsələlərə də toxunaraq vurğulayıb ki, bölgə ilə bağlı məsələlər yalnız region ölkələrinin işidir və regiondan kənar dövlətlərin müdaxiləsi qəbuledilməzdir.
11:37 08.02.2026
Oxunuş sayı: 433