Əlcəzair BƏƏ ilə hava əlaqəsi müqaviləsini ləğv etmək prosesinə başlayıb
Əlcəzair BƏƏ ilə hava əlaqəsi müqaviləsini ləğv etmək prosesinə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Algérie Presse Service agentliyi məlumat verib.
Əlcəzair BƏƏ-ni diplomatik kanallar vasitəsilə rəsmi olaraq xəbərdar etmək və Beynəlxalq Mülki Aviasiya Təşkilatını da məlumatlandırmaq niyyətindədir. Qərarın səbəbləri açıqlanmayıb.
Hazırda Əlcəzair və Dubay arasında gündəlik birbaşa uçuşlar həyata keçirilir.
Əlcəzair əvvəllər BƏƏ-ni ölkəni və Sahel bölgəsini qeyri-sabitləşdirən hərəkətləri dəstəkləməkdə ittiham etmişdi.
10:31 08.02.2026
Oxunuş sayı: 375