Nyu-Yorkda faciə: məktəb avtobusunun vurduğu 11 yaşlı qız həyatını itirdi
ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda yerləşən Bat-Biç ərazisində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Özbəkistan əsilli ailənin 11 yaşlı qızı Amira Aminova məktəb avtobusunun vurması nəticəsində həyatını itirib.
Məlumata görə, hadisə qızın yaşadığı evdən cəmi 60 metr məsafədə qeydə alınıb. Amira dərsdən qayıdarkən yolu keçmək istəyib. Bu zaman sağa dönən məktəb avtobusu sürətini azaltmadan onu vurub. Avtobusu idarə edən 62 yaşlı sürücü baş verənləri görmədiyini bildirib.
Hadisə ilə bağlı sürücüyə piyadaya yol verməmək və ehtiyatsızlıq maddələri üzrə ittiham irəli sürülüb.
Faciədən sonra yerli sakinlər hadisə yerində mərhumənin xatirəsinə memorial guşə yaradıblar. Onlar əraziyə oyuncaqlar, çiçəklər, şamlar və Amiraya məxsus sevilən ağ şokolad gətiriblər.
Fatimə Məmmədova
09:50 08.02.2026
Oxunuş sayı: 543