Farer adaları müstəqillik axtarışlarından imtina edib
Danimarka daxilində muxtar statusa malik Farer adaları ABŞ-ın Qrenlandiyaya iddiaları səbəbindən müstəqillik axtarışlarından imtina ediblər
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məlum matına görə, Danimarka daxilində muxtar statusa malik Farer adaları ABŞ-ın Qrenlandiyaya iddiaları səbəbindən daha böyük müstəqillik axtarışlarından müvəqqəti olaraq imtina ediblər.
Qəzetin məlumatına görə, ötən ay Farer adaları dünya səhnəsində muxtariyyətin genişləndirilməsi məqsədilə Danimarka hakimiyyəti ilə danışıqları bərpa etməyi planlaşdırırdı. Lakin ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya qarşı təhdidləri adaların rəhbərliyini planlarından müvəqqəti olaraq imtina etməyə və danışıqları dayandırmağa inandırdı.
Farer adalarının özünüidarəetmə orqanının baş naziri Aksel Yohannesen qəzetə verdiyi açıqlamada bildirib ki, "Qrenlandiya və Danimarka pis vəziyyətdədir". Eyni zamanda qeyd edib ki, "Danimarka ilə münasibətlərin dəyişdirilməsi barədə geniş siyasi razılaşma mövcuddur".
09:28 08.02.2026
Oxunuş sayı: 590