Hər şey bundan sonra başlayacaq: Rusiya-Ukrayna savaşı bitəcək, əvəzində isə...
Ukraynadakı müharibə bitərsə, NATO-nun şərq cinahına Rusiyadan gələn təhlükə arta bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının sədri vəzifəsini icra edən Volfqanq İşinqer deyib.
O, vurğulayıb ki, Ukrayna Avropanı müdafiə etdiyi müddətcə təhlükə o qədər də böyük deyil.
İşinqer əlavə edib ki, ruslar hazırda həftədə minlərlə əsgər itirdikləri Ukraynaya qarşı döyüşməyə diqqət yetirirlər.
O bildirib ki, Ukraynada atəşkəs əldə edildikdən sonra vəziyyət dəyişəcək.
23:57 07.02.2026
Oxunuş sayı: 414