KİV: Tehran nüvə danışıqlarında sərt mövqe nümayiş etdirdi
Altı fevral tarixində ABŞ və İranın yüksək vəzifəli rəsmiləri arasında keçirilən danışıqlarda Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyini bir daha təsdiqlədi.
Crossmedia.az "The Washington News"-a istinadən xəbər verir.
Hər iki tərəf diplomatik əlaqələri davam etdirməyə və Vaşinqtonun hərbi eskalasiya riskini azaltmağa yönəlmiş həll yollarını tapmağa hazır olduqlarını açıqladı.
Xarici işlər naziri Abbas Əraqçi ABŞ-a bildirib ki, İran uranı zənginləşdirməni dayandırmaq və ya zənginləşdirmə potensialını ölkə xaricinə çıxarmaq niyyətində deyil. Beləliklə, Tehran ABŞ-nin əsas tələblərindən birini rədd etmiş oldu.
23:34 07.02.2026
Oxunuş sayı: 438