İllərlə toxuduğu corablarla əsgərlərin ürəyini isidən qadın
İllərdir toxuduğu corabları Türkiyə Silahlı Qüvvələrinə göndərən 86 yaşlı Həmidə adlı qadın, göstərdiyi fədakarlığa görə təşəkkür lövhəsi ilə mükafatlandırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbr verir.
Türk əsgərləri bildiriblər: “Dualarınızla həmişə sizin üçün ayıq olan, göndərdiyiniz corablarla ayaqlarını və ürəklərini isindirdiyiniz əsgərlərimiz sizə minnətdardırlar. Sizin varlığınız gücümüzə güc qatdı. Bölməmizdəki bütün şəxsi heyət adından əllərinizi öpür və sizə uzun və sağlam ömür arzulayıram.”
Həmidə xanımın bu fədakarlığı minlərlə əsgərin ürəyini isidib və onun adı hörmət və sevgiylə yad edilir.

05:30 08.02.2026
Oxunuş sayı: 346