Investisiya müqabilində vizalar: Əfqanıstanın yeni təşəbbüsü
Əfqanıstan hökuməti investorları cəlb etmək məqsədilə 10 ilə qədər yaşayış icazəsi vermək qərarına gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin İnvestisiya Komitəsi sərmayənin həcmi nəzərə alınmaqla xarici investorların kateqoriyalarını müəyyənləşdirəcək və onların yaşayış icazələrinin müddətini tənzimləmək üçün aydın meyarlar hazırlayacaq.
Bu addım ölkəyə uzunmüddətli investisiyaların cəlb olunmasını və iqtisadi inkişafın sürətlənməsini hədəfləyir.
23:15 07.02.2026
Oxunuş sayı: 474